Səfirlər Qarabağın faktiki paytaxtı Xankəndidə- FOTO

Oxunma sayı: 436

Azərbaycanda fəaliyyət göstərən Diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə Xankəndi şəhərində səfərdədir. Tezadlar.az xəbər verir ki, nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonunda xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov qarşılayıb. Səfərdə Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 7 Beynəlxalq təşkilatdan, ümumilikdə 100-dən çox diplomat və hərbi attaşelər iştirak edir. Səfərdə məqsəd xarici diplomatları Xankəndi şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri və Qarabağ Universitetində tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olublar.

Səfər davam edir.

 

Xəbəri paylaş