Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, bunu “Fast Track Health, IAPAC və Fast-Track Cities İnstitut”un Prezidenti və Baş icraçı direktoru (CEO) Jose Zuniga Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Azərbaycan: Sağlam Evlərin Nəbzi” adlı tədbirdə bildirib. Onun sözlərinə görə, mənzil təminatı ilə bağlı görülən işlər şəhərlərin öz enerjilərini yönəltdiyi sahələrin kiçik bir faizini təşkil edir: “Təbii ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Ümumdünya Səhiyyə Təşkilatı və aparıcı ölkələrdəki mənzil təşkilatları ilə tərəfdaşlığımız vasitəsilə bunu düzəltməyə çalışırıq. Çünki əksər ölkələrdə mühüm sayda sürətli inkişaf edən şəhərlər var ki, əgər onlar xüsusi gündəliyə üstünlük versələr, epidemiya və sağlamlığın sosial amillərinə ümummilli səviyyədə təsir göstərə bilərlər. Bu baxımdan, görülməli hələ çox iş var. Lakin bu, şəhərsalma (şəhər inkişafı) kontekstindən başlayır. Və sizə deyim ki, son gün yarım ərzində Şəhərsalma Sərgisində (Urban Expo) gəzərkən şoka düşdüm. Mən bir neçə stendə yaxınlaşıb, əsasən belə deyirdim: ‘Mən burada səhiyyə sektorunu təmsil edirəm”. Və istisnasız olaraq, əksər stendlərdə mənə dedilər: ‘Biz burada səhiyyə ilə məşğul olmuruq. Sizi Səhiyyə Nazirliyinə yönləndirərik. Biz bu dinamikanı dəyişməliyik. Şəhərlərdə, qeyri-rəsmi məskunlaşma yerlərində yaşayan insanların həyatını yaxşılaşdırmaqda səhiyyə məsələsinə daha geniş şəkildə toxunmadan heç bir şeyə nail olmaq mümkün deyil. Ona görə də, bu mənada düşünürəm ki, görülməli hələ daha çox iş var. Və biz bu işə başlamalıyıq”.