Əsas məzmuna keç

Şəhid analarını qoruyun-ONLAR AZƏRBAYCANI QORUYANLARIN ANASIDIR!

…Bəs deyirdiniz şəhid anaları başımızın tacı, ailələri, anaları, övladları şəhidlərimizin əmanətidir? Sözlə demək azmış, o tacın ağırlığını daşımaq, əmanətə sahib çıxmağı bacarmaq lazımdır… Doğrudanmı Bərdənin bütün problemi Xudayarın anasıdır? Əlbəttə insan oğlu ideal deyil, müxtəlif situasiyalarda bilərəkdən, bilməyərəkdən yanlış fikir söyləyə bilər, özünü cilovlamayıb qeyri-diplomatik davrana bilər, dilindən qarğış-söyüş çıxa bilər. Amma və lakin əlində nə möhür var, nə vəzifə səlahiyyəti, nə də qoçu dəstəsi… Bir şəhidin anasını bu qədər gözdən salmağa çalışmaq sadəcə ayıbdır. Ruhlara toxunmayın, şəhid anasına yazılan, deyilən hər söz şəhidə olan münasibətdir. Həyatın işini bilmək olmaz, bəlkə bir gün sizin də övladlarınız şəhid olar…

Mətanət AĞAMİRLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…