Əsas məzmuna keç

Şəhid analarının yerinə siz olsaydınız…

Neçə gündür sosial şəbəkələrdə at oynadanlar şəhid Xudayarın anasını nümunə çəkib bütün şəhid ana və ataların sinəsinə dağ çəkilən statuslar, təhqirlər… yazırlar! Olmaz! Olduqca zərərli hərəkətdir, cəmiyyəti ruhdan salan statuslardır… Deyirlər ki, Xudayarın anası (və digərləri də bu sırada) Bərdə rayonunun canını boğazına yığıblar və s. Bu o analardır ki, onların şəhid oğulları da 44 günlük Vətən müharibəsində 30 il Azərbaycanın canını boğazına yığmış ermənilərin canını boğazına yığdı və diz çökdürdü! Hansı ki, onların hesabına indi qəşəng statuslar yazırıq, toyda şəhidlərə rəhmət oxuyub dərhal da keçirik şıdırığı yeyib-içməyə, çalıb-oynamağa, Şuşada, Cıdır Düzündə atılıb-düşür, poz verərək şəkillər çəkdiririk, qürurlanırıq, hətta xaricə gedəndə isə 30 il əvvəlki kimi başı aşağı, gözü qıpıq kimi dolanmırıq, indi başımız ucadır! Xudayarların, onları doğan anaların, əkən ataların… hesabına başımız ucadır, bunu bilirsinizmi! O anaların, ataların yerinə birimiz olsaq, nəinki rayonun, Azərbaycanın canını boğazına yığardıq! Onlar dinmir, status yazmır, şəhid anası kimi dərdini içində çəkir, biz isə indi rahatıq və onların ayağından çəkirik…

Olmaz, qəti olmaz! Düşmənlərimizdən ayıbdır!

Asif MƏRZİLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…