Səidə Quliyeva qayınana olmağa hazırlaşır – oğlunu evləndirir

Xalq artisti, Prezident təqaüdçüsü, Akademik Milli Dram Teatrının aktrisası Səidə Quliyeva övladına toy etməyə hazırlaşır.

Tezadlar.az xəbər verir ki, sevilən aktrisa bu barədə  “Günə uğurla” verilişində deyib.

“Bir balam var. Allah hamının balalarını qorusun. Çox həyəcanlıyam. Toy etmək, hamının qarşısına yaxşı çıxmaq çox çətindir. Amma bu, valideyn kimi borcumdur. Məni tanıyanlar deyə bilər ki, necə qaynana olacağam. Gəlinlə bəydən də çox şey aslıdır. Onların böyüklərə hörməti, qayğısı… Əlbəttə ki, bu da qarşılıqlı olacaq”, – deyə aktrisa sevincini bölüşüb.

Qeyd edək ki, Səidə Quliyeva Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram və kino aktyorluğu fakültəsini bitirən kimi  təyinatla Akademik Milli Dram Teatrına göndərilib.

Aktrisa teatr səhnəsində tamaşaçıların rəğbətini qazanan  Bəyim (“Xurşidbanu Natəvan», İ.Əfəndiyev), İkinci kölgə  («Maqbet», V.Şekspir), Sevinc («Sənsiz», Ş.Qurbanov), Kəniz («Atabəylər», İ.Əfəndiyev), Nastya («Həyatın dibində», M.Qorki), Qaraqoyunlu ana («Ağqoyunlular və Qaraqoyunlular», Ə.Əmirli, ), Firəngiz («Ah Paris…Paris !..», Elçin), Həcər xanım («Eşq və intiqam», S.S.Axundov), Qadın («Kəllə», N.Hikmət), Ana («Dar ağacı», B.Vahabzadə), Qonşu («Qatil», Elçin), Çəpəl Suralı («Dirilən adam», Mir Cəlal), Kərbəlayi Fatma («Ölülər», C.Məmmədquluzadə), Ana Torpaq («Eloğlu», A.Şaiq), Yaşlı qadın («Uçqun», T.Cücenoğlu ) kimi rolları yaradıb.

O, Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan (İ.Əfəndiyev) «Atayevlər ailəsi»ndə Reyhan, «Sarıköynəklə Valehin nağılı»ında Reyhan, (R.Qasımov) «Yollar görüşəndə»dəki Çiçək, «Qonşu qonşu olsa»da Balacaxanım, (M.Süleymanlı) «Kökdən düşmüş piano»da Gülər, (Ə.Əmirli) «Bala-başa bəla»dakı İzzət Nəfisli, (A.Babayev) «Nekroloq»dakı Elmira, «Dəvətnamə»dəki Məleykə və s.

Aktirisa «Bizi bağışlayın» (Klara), «Yaramaz» (Gülya), «Fransız» (Səidə), «Əsrlə göy arasında» (Gəlin), «Milli bomba» (Əbdülqənin qızı) filimlərinə çəkilib.

 

JASMİN

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.