Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 İyul 2026 / 12:30

Şəmkirli Qaçaq Gülsüm Stalini həbsdən necə qurtarıb?

Şəmkirli Qaçaq Gülsüm Stalini həbsdən qurtarır və 7 ay ona himayədarlıq edir.
…Stalinin ilk siyasi həbsi 1902-ci ildə Batumidə kütləvi iğtişaşlar zamanı baş verir. 5 aprel 1902-ci ildə onu həbsxanaya salırlar. Burda da onun dinc durmadığını görən rəsmilər onun başqa həbsxanaya köçürülməsinə qərar verirlər. Stalin Gəncəyə ” yatab” gedəcəyini bilirdi. O, sevdiyi parolla ” Pəncərədən daş gəlir” mahnısını ifa edərək daş bükülmüş kağız vasitəsilə dustaqlara ötürüb, bu barədə yerli qaçaqlara məlumat verilməsini istəyir.
Bu məktub qaçaqlara və onların içində daha nüfuzlu və güclü olan Qaçaq Kərəmə çatır. Kərəm Tiflisdən Gəncəyə bir vaqon dustaq və küllü miqdarda pul göndərildiyi haqda Qaçaq Süleymana – yəni qaçaq Gülsümə məlumat göndərir. Qaçaq Gülsüm bu məlumatı alan kimi Gürcüstanla əlaqəyə girir. Ona məlumat verirlər ki, ” yatab” gətirilən qatarda küllü miqdarda pul və siyasi baxışlarına görə həbs edilən dustaqlar var.
Qatar Gəncə yolunda olanda Qaçaq Gülsüm Kərəmin ona başa saldığı plan üzrə hərəkətə keçir. İlk olaraq qatara öz adamlarını yerləşdirə bilən qaçaqlar boş ərazidə maşinisti öldürüb qatarı dayandırırlar . Əməliyyat uğurla başa çatır. Dustaqlar azad edilir, pullar götürülür.
Stalin Gülsümün dəstəsinə qoşulur, yeddi ay bu dəstədə olur və bir xeyli əməliyyatlarda iştirak edir. Qaçaq Kərəmlə Stalin arasında dostluq yaranır. Onun qorxmaz igid olduğunu eşidən Kərəm ona xəncər və tapanca hədiyyə göndərir. Stalin Qaçaq Kərəmə yazıb getmək istədiyini bildirir. Kərəm ona gürcü dilində məktub yazaraq işlərində uğurlar arzu edir. Qaçaq Gülsümə isə onun getməsi üçün hazırlıq görməsini tapşırır.
(Ardı var)
Vüsal Rzayev
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!