Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 May 2026 / 19:15

Sergen Yalçının mövsüm sonunda istefa ehtimalı

“Konyaspor”a məğlubiyyətdən sonra ciddi tənqidlərlə üzləşən Sergen Yalçının mövsümün sonunda “Beşiktaş”dakı vəzifəsindən ayrılmağı planlaşdırdığı bildirilir.

Tezadlar.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, “Konyaspor”a məğlubiyyətdən sonra “Beşiktaş”ın baş məşqçisi Sergen Yalçınla bağlı şok hadisələr baş verir. İddia olunur ki, “ağ-qara” komandasının məşqçisi mövsümün sonunda istefa vermək qərarına gəlib.

“Beşiktaş” 90+7-ci dəqiqədə penalti qolu buraxaraq Türkiyə Kubokunun yarımfinalında “Konyaspor”a məğlub olub və oyunun sonunda tribunalardan Sergen Yalçının istefasını tələb edən şüarlar yüksəlib.

Daha əvvəl “Stadionda azarkeşlərin məni istəmədiyini eşitsəm, istefa verəcəyəm” deyən Sergen Yalçının qalan iki oyunda komandaya rəhbərlik etdikdən sonra mövsümün sonunda istefa verməyi planlaşdırdığı bildirilir.

Digər tərəfdən, “Beşiktaş” rəhbərliyinin təcrübəli məşqçi ilə yeni mövsümdə də davam etmək niyyətində olmadığı və mövsümün sonunda yollarını ayırmağı gözlədikləri bildirilib.

“Beşiktaş”ın vitse-prezidenti Murat Kılıç isə açıqlamasında “Sergen Yalçınla heç bir problemimiz yoxdur. Onun motivasiyasını bərpa etməsinə və yolumuza davam etməsinə kömək edəcəyik” deyib.

Türkiyə Kubokundan kənarlaşdırıldıqdan sonra Avropa Liqasının pley-off mərhələsində iştirak etmək şansını itirən “Beşiktaş”ın mövsümə erkən başlayacağı bildirilir. Türkiyə Kubokunun nəticəsindən asılı olaraq, komanda ya Avropa Liqası, ya da Konfrans Liqasının seçmə mərhələsində mübarizə aparacaq.

Bu mövsüm Tüpraş stadionunda keçirdiyi 23 oyunun 10-da xal itirən “Beşiktaş”, ev oyunlarına görə də tənqid hədəfi olub.

Artan tənqidlərdən sonra Sergen Yalçının şərhçi olduğu dövrdəki şərhləri sosial mediada yenidən gündəmə gəlib. Onun “Əgər bu qədər pul xərcləyib bu liqada üçüncü yeri belə tuta bilmirsinizsə, artıq uğursuzsunuz” ifadəsi yenidən müzakirə mövzusuna çevrilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!