Azərbaycan-Gürcüstan sərhədində həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamət üzrə nəqliyyat vasitələrinin sıxlığı aradan qalxmış, növbələr minimuma enmişdir. Dövlət Sərhəd Xidmətinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən tezadlar.az-a bildirilib ki, hazırda Azərbaycandan çıxış istiqamətində “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində 330, “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqəsində isə 56 nəqliyyat vasitəsi növbə gözləyir.
Ərazi nəzarətdədir.







