Əsas məzmuna keç

Səudiyyə Ərəbistanından “Fənərbaxça”nın qapıçısı üçün rəsmi təklif

“Fənərbaxça”nın qapıçısı Ederson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Tezadlar.az xəbər verir ki, “Əl-Nəsr” braziliyalı qolkiperin xidmətində maraqlıdır. Bu barədə “Sabah” nəşri məlumat yayıb.

Ərəblər Edersonun meneceri ilə ilkin danışıqlara başlayıb. İstanbul nəhəngi illik 11 milyon avro maaş alan 32 yaşlı qolkiperlə yolların ayrılmasına isti yanaşır.

Qeyd edək ki, “Fənərbaxça” Edersonu mövsümün əvvəlində “Mançester Siti”dən transfer edib. Braziliya millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 oyunda 35 qol buraxıb. O, 13 qarşılaşmada qapsını toxunulmaz saxlamağı bacarıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…