ŞİMALİ KOREYA ƏSGƏRLƏRİ KURSKDA: NATO RƏHBƏRİ TƏSDİQ ETDİ!

NATO-nun baş katibi Mark Rutte kəşfiyyat məlumatlarına əsasən Şimali Koreya qoşunlarının Rusiya ərazisində, xüsusən də Kursk bölgəsində olduğunu təsdiqləyib…

Tezadlar.az “Avropa həqiqəti”nə istinadla bildirir ki, Ruttenin brifinqdəki bəyanatında belə deyilir. Rutte bildirib ki, səhər Cənubi Koreya nümayəndə heyəti NATO-ya, eləcə də Yaponiya, Avstraliya və Yeni Zelandiyaya məlumat verib ki, onun xidmətləri KXDR ordusunun Rusiyada olmasından və onların müharibədə iştirakından xəbərdardır. Sitat: “Bu gün mən təsdiq edə bilərəm ki, Şimali Koreya hərbçiləri Rusiyaya göndərilib və Şimali Koreya bölmələri Kursk bölgəsinə cəlb olunub… Bu, KXDR-in Rusiyanın qeyri-qanuni müharibəsində davam edən iştirakının əhəmiyyətli dərəcədə artmasıdır. Bu, BMT-yə növbəti pozuntu və həqarətdir. Təhlükəsizlik Şurasının qətnaməsi pozulub, üçüncüsü, bu, Rusiya Federasiyasının təhlükəli ekspansiya müharibəsidir!”.

“Şimali Koreya hərbçilərinin Kursk bölgəsinə cəlb olunması Putinin artan çarəsizliyinə işarədir…”

“NATO Rusiya və KXDR-i bu hərəkətləri dərhal dayandırmağa çağırır, Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi həm Sakit okean, həm də Avro-Atlantik təhlükəsizliyə təhdiddir”, – deyə baş katib əlavə edib. O xatırladıb ki, bundan əvvəl KXDR Rusiyaya döyüş sursatları və ballistik raketlər verib. “Putin bunun müqabilində Şimali Koreyaya beynəlxalq sanksiyaların qarşısını almaq üçün hərbi texnologiya və digər dəstək verir… Lakin eyni zamanda Şimali Koreya hərbçilərinin Kursk bölgəsinə cəlb olunması Putinin artan çarəsizliyinə işarədir. Putinin müharibəsində 600 mindən çox rus əsgəri ölüb və ya yaralanıb və o, xaricdən dəstək olmadan Ukraynada hücumu davam etdirə bilməz… NATO müttəfiqləri azad və müstəqil Ukraynanı dəstəkləməyə davam edəcək, çünki Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir”,- Mark Rutte bildirib.
Rutte əlavə edib ki, o, bazar ertəsi Cənubi Koreya prezidenti Yoon Seok-yol və Ukraynanın müdafiə naziri Rustem Umerov ilə bu hadisələr kontekstində danışacaq, müzakirələr aparacaq.

*** 

Bəli, Rusiya-Ukrayna cəbhəsində baş verənlər artıq 3-cü dünya savaşına aparır… Dünyanın isə bir ağsaqqalı-başbiləni də yoxdur ki, bu təhlükəni aradan qaldırsın. BMT isə, yuxarıda deyildiyi kimi, deyəsən, artıq qocalıb və onu eşidən yoxdur…

A.Məmmədli

Xəbəri paylaş

15 İyul