Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Tezadlar.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In koronavirus səbəbiylə 50 nəfərin öldüyü elan edilən ölkədə pandemiya ilə mübarizə üçün orduya tapşırıq verib.
Pxenyan idarəsi 1 milyondan çox insanın qızdırma ilə xəstələndiyini açıqlayıb.
Ölkə lideri Kim Çen In ölkədəki səhiyyə orqanlarını, xüsusən də dərmanların paylanması məsələsində epidemiyanın qarşısının alınmasında yetərsiz olduqlarını əsas gətirərək onları kəskin dillə tənqid edib.
Orduya paytaxtda “dərman təminatını sabitləşdirmək üçün” işə başlamaq əmri verilib.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, mayın 15-nə olan məlumata görə, ölkədə 1 milyon 213 mindən çox qızdırmalı xəstə aşkarlanıb.
Xatırladaq ki, mayın 8-də Şimali Koreya hakimiyyəti ölkədə ilk koronavirusa yoluxma halını müəyyən edib.
TRT