12 Dekabr 2024 / 07:15

ŞİRVAN KANALININ GÖYÇAYDAN KEÇƏN HİSSƏSİ TAM BƏRPA EDİLİB VƏ…

Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi tam bərpa olunub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Telli Səmədova “Təzadlar”a bildirib ki, Lək kəndi ərazisində torpaq qatının yarılması nəticəsində yaranan problem tam aradan qaldırılıb. Suvarma kanalında canlı qüvvə və ağır texnika vasitəsilə aparılan təmir-bərpa işləri başa çatdırılıb, təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, kanal dağıntısı zamanı yaranmış problem ətraf ərazilərdə heç bir fəsat yaratmayıb. Problem Agentlik mütəxəssislərinin nəzarətindədir.

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!