Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Oktyabr 2025 / 23:36

Sinədə təzyiq və nəfəs darlığı – ciddi xəbərdarlıq

Kardioloq Ernst fon Şvarc ürək xəstəliklərinin dörd ciddi, lakin gözə çarpmayan simptomunu açıqlayıb.

Tezadlar.az bildirir ki, onun sözlərinə görə bunlardan biri sinədə təzyiq hissidir və bu, ürəyə kifayət qədər oksigen çatmadıqda meydana gəlir.

İkinci simptom isə istirahət vəziyyətində nəfəs darlığıdir. Həmçinin, huşunu itirmə hallarına diqqət yetirilməlidir, çünki ürək problemlərinin ilkin əlaməti ola bilər.

Həkim qeyd edib ki, qısa müddətli başgicəllənmə, qulaqlarda gurultu və gözlərin qaralması ilə müşayiət olunursa, bu da təhlükəli arterial təzyiq düşməsi ilə bağlı ola bilər. Sonuncu ciddi əlamət isə beş saniyədən uzun davam edən sürətli ürək döyüntüsüdür.

Fon Şvarc vurğulayıb ki, bu simptomlar zəif və demək olar ki, nəzərə çarpmayan ola bilər, lakin mütləq tibbi yoxlama tələb edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!