Əsas məzmuna keç

“Sinerji Gücü: Enerji Təhlükəsizliyi və Yaşıl Keçid” yüksək səviyyəli tədbir üçün hazırlıq və fikir mübadiləsi

media pRGTHWVmQuQygvgMzxMcrelXPEkyaFyCQf fxiwc

Azərbaycanın Bolqarıstandakı səfirliyi 2026-cı ildə keçirilməsi planlaşdırılan yüksək səviyyəli tədbirin hazırlığı barədə fikir mübadiləsi aparmaq üçün bu ölkənin aparıcı akademik institutlarının nümayəndələrini, enerji ekspertlərini və strateji maraqlı tərəfləri bir araya gətirərək “Sinerji Gücü: Enerji Təhlükəsizliyi və Yaşıl Keçid” mövzusunda müzakirələrə ev sahibliyi edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyi “X” sosial şəbəkə hesabında məlumat yayıb.

“Müzakirələrdə enerji təhlükəsizliyi, yaşıl keçid, dayanıqlı şəhər inkişafı, texnoloji innovasiyalar və akademik tərəfdaşlıq sahələrində Azərbaycan-Bolqarıstan əməkdaşlığının gücləndirilməsi imkanlarına diqqət yetirilib, eyni zamanda əlaqəlilik və enerji dayanıqlılığının daha geniş regional ölçülərini araşdırılıb”, – məlumatda qeyd olunub.

Görüş 2026-cı ildə keçirilməsi planlaşdırılan “Sinerji Gücü: Enerji Təhlükəsizliyi və Yaşıl Keçid” mövzusunda yüksəksəviyyəli tədbir üçün hazırlıq platforması rolu oynayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…