Əsas məzmuna keç

Son 24 saat ərzində Qəzzada 11 fələstinli həyatını itirib

Atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzza zolağına hücumları son 24 saat ərzində 11 fələstinlinin ölümü ilə nəticələnib.

Tezadlar.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri davam edən İsrail hücumları nəticəsində itkilər barədə son məlumatlar paylaşılıb.

Qeyd edilib ki, son 24 saat ərzində İsrail hücumlarında həlak olanlardan 11-i və yaralılardan 32-si Qəzza xəstəxanalarına gətirilib.

Atəşkəs 10 oktyabr 2025-ci ildə qüvvəyə minəndən bəri İsrailin Qəzzaya hücumlarında 947 nəfər həlak olub, 2935 nəfər yaralanıb və 781 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayının 72956 nəfərə çatdığı, 173043 nəfərin yaralandığı bildirilir.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…