Livanda Beyrutun mərkəzindəki bir otelə edilən hücum nəticəsində ən azı üç nəfər ölüb, doqquz nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, “Əl-Cəzirə” bu barədə Livan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“Beyrutun otel otağına edilən hücum nəticəsində üç nəfər ölüb, doqquz nəfər yaralanıb”, – məlumatda deyilir.
Daha əvvəl “Reuters” təhlükəsizlik mənbələrinə istinadən hücum nəticəsində iki nəfərin öldüyünü bildirib.
E.ŞİRİNOV







