14 May 2026 / 13:56

SON DƏQİQƏ: Tramp və Si Cinpin Hörmüz boğazı ilə bağlı razılığa gəldilər

Ağ Evin açıqlamasına görə, ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin enerjinin sərbəst axınını təmin etmək üçün Hörmüz boğazının açıq qalması barədə razılığa gəliblər.

ABŞ prezidenti Donald Trampın Çinə səfəri davam edir.

Tezadlar.az bildirir ki, Ağ Evdən verilən yeni açıqlamada Tramp və Si Cinpinin enerjinin sərbəst axınını təmin etmək üçün Hörmüz boğazının açıq qalması barədə razılığa gəldikləri bildirilib.

Həmçinin Tramp və Si Cinpin Çinin ABŞ kənd təsərrüfatı məhsullarının alışını artırmağı müzakirə etdikləri bildirilib.

Ağ Evin görüşün xülasəsində Tayvandan bəhs edilməyib və görüşü “yaxşı” adlandırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!