Əsas məzmuna keç

Son dəqiqə… Xark adası ətrafında partlayış səsləri eşidilir

Tezadlar.az xəbər verir ki, İran mediası Fars körfəzindəki Xark adası ətrafında partlayış səsləri eşidildiyini yazır.

TRAMP “TEZLİKLƏ HÜCUM EDƏ BİLƏRİK” DEYİB

ABŞ prezidenti Tramp Ağ Evdə keçirilən mətbuat konfransından sonra cari hadisələrlə bağlı sualları cavablandırıb. Venesueladan sonra İranda hər şeyi hərbi şəkildə etdiklərini və çox uğurlu olduqlarını iddia edən Tramp fəal şəkildə hücumda iştirak etmədiklərini bildirib.

ABŞ vitse-prezidenti J.D.Vensin İranla gərginlik üçün “müharibə” sözünü işlətməkdən xüsusi olaraq çəkindiyi xatırladılanda Tramp deyib: “Çox adam bunu müharibə adlandırmır. Mən bunu hərbi münaqişə adlandırıram, çünki bu, bizim üçün əhəmiyyətsiz bir məsələdir. İran bizim üçün böyük bir məsələ deyil. Biz Venesuelaya müdaxilə etdik və buraya da müdaxilə etdik”.

İranla münaqişələrdə yalnız 18 ABŞ əsgərinin öldüyünü qeyd edən Tramp bunun Vyetnam və ya Əfqanıstan müharibələri ilə müqayisədə çox böyük bir rəqəm olmadığını bildirib.

“Tezliklə Kazma dağına zərbə endirə bilərik”

Tramp Hörmüz boğazında və ətrafındakı hadisələri yaxından izlədiklərini və Kazma dağı ətrafındakı fəaliyyəti izlədiklərini vurğulayıb.

“Əgər həmin ərazidə hadisə olarsa, tezliklə Kazma dağına zərbə endirə bilərik” deyən Tramp Hörmüz boğazının neft tankerlərinin keçidi üçün açıq saxlanıldığını müdafiə edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…