18 İyun 2026 / 07:25

Stalinin imzaladığı sənəd hərracda təxminən 14 min dollara satılıb

SSRİ rəhbəri İosif Stalin tərəfindən 1944-cü ilin sentyabrında imzalanmış sənəd “RR Auction” hərracında təxminən 14 min dollara satılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə hərrac evi məlumat yayıb.

“İkinci Dünya müharibəsi dövrünə aid, azad edilmiş Şərqi Avropanın müdafiəsi haqqında İosif Stalinin imzasını daşıyan sənəd” 13 764 dollara özünə alıcı tapıb.

Sənədin üzərində “tamamilə məxfi” qeydi var, həmçinin orada Tallin, Riqa və Varşavanın müdafiəsi üçün istifadəsi nəzərdə tutulan silahlara dair məlumatlar yer alıb. Birinci vərəqin yuxarı hissəsində Stalinin göy karandaşla atdığı imzası var.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!