Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Babam köməyə gələn türk əsgərlədən yaralananları müalicə etdirib gəmilərlə Türkiyəyə yola salıb, şəhid olanları isə tikdirdiyi məscidin yanındakı qəbiristanlıqda dəfn etdirib.”
Bunu “Təzadlar” qəzetinə verdiyi müsahibədə Bakı milyonçusu Hacı Sultan Əli Haşiminin nəticəsi Rəna Əliyeva (Haşimi) bildirib. Rəna xanın hazırda Türkiyədə yaşayır.
O qeyd edib ki, Turqut bəy sağlığında bu barədə ona danışıb.

“Vaxtilə Turqut bəy mənə bir çox hadisələri danışıb və məlumatlar verib. 1918-ci ildə Bakıda türk-müsəlman əhaliyə qarşı bolşevik-erməni silahlı quldurların hücumu nəticəsində kütləvi qırğınlar baş verəndə, bildiyimiz kimi, o zaman Türkiyədən də türk əsgərlər köməyə gəlmişdi. O zaman həmin əsgərlərdən yaralı olanları babam öz malikanəsində müalicə etdirib gəmilərlə Türkiyəyə yola salıb, şəhid olanları da qeyd etdiyim məscidin yanındakı qəbiristanlıqda dəfn etdirib. Çünki Bakıda baş verənlərlə bağlı xəbəri Türkiyəyə babam Hacı Sultan Əli göndərmişdi. Xəbəri isə M,Ə.Sabirin yaşadığı evin zirzəmisində yerləşən telefonoqramla göndərib. Bir axşam isə Turqut (Hüseynov) babanın atası Məzahir əfəndi türk komandanını evinə axşam yeməyinə dəvət edir. Qonşu otaqdan körpə səsi eşidən komandan və əsgərləri evdə yeni dünyaya gəlmiş oğlan uşağının olduğunu öyrənirlər və əliboş gəldiklərindən təəssüfləndiklərini bildiriblər. Uşağın adı ilə maraqlanıblar. Bildirilib ki, hələ ad verilməyib. O zaman türk komandan öz adını körpəyə hədiyyə vermək istədiyini təklif edib və beləliklə, körpəyə Turqut adı verilib. Azərbaycanda o zaman belə ad olmayıb. Turqut bəy ailəsi ilə məscidin ərazisində tikilmiş evdə yaşayırdı və məscidi, qəbiristanlığı qoruyurdu. Onun xanımı da məhsəti türklərindən idi. Turqut baba o qəbiristanlıqda yatan türk şəhidlərinə böyük dəyər verirdi. Həmçinin haşimilər nəslindən dünyasını dəyişənlərin də hamısı orada dəfn olunublar. Hacı Sultan Əli babamın babası Sübhan babamın da məzarı oradadır. Turqut baba və ailəsi mənə öz ailəm qədər doğmadır. O da dünyasını dəyişib. Amma ailə üzvləri ordadı və Mədəniyyət Nazirliyinin 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qoruduğunu dediyi Ləhiş bağları ərazisində yerləşən Sultan Əli məscidini qoruyurlar”.
Daha ətraflı linkdə;Milyonçu Haşiminin nəticəsindən şok ittiham: “Babamın məktəbində küftəxana açıblar”
JASMİN