Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Suriyadan daha 5 nəfər Azərbaycan vətəndaşı (ana və 4 övladı) ölkəyə repatriasiya edilib.
Tezadlar.az xəbər veriri ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından məlumat verilib.
Bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçiriblər.
Görüş zamanı repatriantların hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, mövcud problemləri və ehtiyacları öyrənilib, onların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib.
Görüşdə repatriantlara Müvəkkilin mandatı, fəaliyyət istiqamətləri, ona müraciət imkanları, habelə hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlər barədə geniş məlumat verilib.