Əsas məzmuna keç

Şuşa qayalarına ad yazanlara kimsə irad tutubmu?

…Şəhidin, yaxud bölgəyə gedən olan yerli-yersiz turistin adının qayalara, daşlara yazılmasını bəhanə edib şəhid analarını və ya şəhidləri hədəfə almaq yolverilməzdir!
Problemin baiskarı kimdir?
Bir misal deyim: Sonuncu dəfə Şuşada olanda bir nəfər flamastirlə Cıdır Düzündə qaya parçasına adını yazmaq istəyirdi, iradımı bildirdim və başa saldım ki, bura milyonlar gəlir, hamı adını qayalara yazsa, gör nə baş verə bilər… Dedim, ən yaxşısı, Şuşa səfərinizdən bir maraqlı xatirə yazın, bu elektron poçta göndərin, yayımlayaq… Həmin gənc əlini saxladı, dedi, yaxşı…
Sözümün fəlsəfəsi budur ki, Şuşaya, Cıdır Düzünə gedib qayalara ad yazan heç vaxt tək gedib bu işi görmür, ora hər gün minlərlə ziyarətçi baş vurur. Deməli, bir qutu “kraska” götürüb “şotka” ilə qayalara ad yazanı ətrafda hamı görür, bəs niyə bir nəfər demir ki, olmaz! Dedirik, amma sonra şəhidlərə dil uzatmağa bəhanə və fürsət axtarırıq…
Asif MƏRZİLİ
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…