Əsas məzmuna keç

ŞUŞA, KƏLBƏCƏR VƏ LAÇINDA HAVA YAĞMURSUZ OLACAQ

Milli Hidrometeorologiya Xidmətinin TEZADLAR.AZ-a verdiyi məlumata görə, Şuşa, Kəlbəcər və Laçında dekabrın 16-da hava şəraiti dəyişkən buludlu,

əsasən yağmursuz olacaq, arabir duman müşahidə ediləcək.

Axşama doğru hava şəraitinin az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Qərb küləyinin sürəti 2-6 m/s olacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…