Əsas məzmuna keç

Tacikistan Azərbaycanla əlaqələrin inkişafını yüksək qiymətləndirdi

Tacikistan Azərbaycanla münasibətlərin müsbət dinamikasını qeyd edib.

Tezadlar.az Tacikistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu məsələ XİN rəhbəri Sirojiddin Muhriddinin ölkədəki diplomatik missiyasını başa vuran Azərbaycan səfiri Əlimirzamin Əsgərovla görüşü zamanı müzakirə olunub.

Görüş zamanı diplomatlar ikitərəfli münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf dinamikasını yüksək qiymətləndiriblər.

“Nazir səfirə Tacikistan və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə verdiyi mühüm töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb”, – XİN-in məlumatında bildirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…