Əsas məzmuna keç

TACİKİSTAN TƏHLÜKƏSİZLİK TƏHDİDLƏRİ İLƏ MÜBARİZƏ SƏYLƏRİNİ ARTIRMAĞA ÇAĞIRIB

Tacikistan prezidenti Emomali Rahmon təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə birgə səyləri artırmağa çağırıb.

Tezadlar.az xəbər verir ki, Rahmon belə bir bəyanatla Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində çıxış edib.

Tacikistanın başçısı hesab edir ki, beynəlxalq və regional təhlükəsizliyə hələ də artan terrorizm və kibercinayətkarlıq miqyası təhlükə altındadır.

Rahmon bildirib ki, gözlənilən təhlükələrlə mübarizə aparmaq üçün birgə səyləri gücləndirmək və artırmaq lazımdır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…