Əsas məzmuna keç

Tahir Abdullayev UFC-də debüt edəcək

Azərbaycan idmançısı Tahir Abdullayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

O, UFC ilə müqavilə imzalayıb. Yarımorta çəki dərəcəsində döyüşçünün rəqibi braziliyalı Ceferson Nasimento olacaq.

Xatırladaq ki, bu il “UFC Fight Night” iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…