Əsas məzmuna keç

Tanımadığı şirkətə borclu olduğu deyilərək 351 manat pensiyasından 174 manat tutulur – VİDEO

Pensiyasından şirkətə borcu olduğu bildirilərək pul tutulur… Amma vətəndaş belə bir şirkət tanımadığını iddia edir…

Tezadlar.az xəbər verir ki, hadisə İsmayıllı rayon sakini Əfrail Səfərovun başına gəlib.  Əfrail Səfərov deyir ki, onu bu yaxınlarda Rayon İcra və Probasiya şöbəsinə dəvət ediblər. Bildirilib ki, “AllAll Finance” MMC-yə borcu var.

Əfrail Səfərovun iddiasına görə, borcu əsas gətirilərək onun pensiyasından 174 manat tutulub.

Rayon İcra və Probasiya Şöbəsində Əfrail Səfərova bildirilib ki, onunla şirkət arasında müqavilə bağlanıb və bu, notarius tərəfindən təsdiq olunub. Dediyinə görə, məsələni araşdırmaq üçün həmin notariat ofisinə də gedib.

Araşdırmalar nəticəsində məlum oldu ki, “AllAllFinance MMC” müştərilərə lombard xidmətləri və maliyyə lizinqi təklif edən şirkətdir. Şirkətin saytında göstərilən nömrələrə edilən zənglər isə cavabsız qaldı (Xezerxeber.az).

https://www.youtube.com/watch?v=CntVhUf7hX8

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…