Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tanınmış QHT rəhbəri Sahib Məmmədov kəmər taxdığı halda ona cərimə yazılmasına etiraz edib. S.Məmmədov özünün sosial media platformasında yazır: “Təhlükəsizlik kəmərindən istifadə etmədiyim üçün mənə cərimə yazılıb. E-polisdə qeyd olunur ki, mən Bakı-Qazax yolunun 110,9 kilometrində saat 09.46.11-də hərəkət edərkən təhlükəsizlik kəmərindən istifadə etməmişəm. Radar qeydə alıb və bir neçə şəkil yerləşdilib. Mən nəinki maqstralda hətta həyətdə belə təhlükəsizlik kəmərindən istifadə edirəm. Yəni mümkün deyil ki, saatda 90 km sürətlə hərəkət edən avtomobili idarə edim və kəmərdən istifadə etməyim. Şəkilə baxanda çiyin hissəmdə kəmər görünmür. Deməli şəkil o zaman çəkilib ki, mən kəməri barmağımla aşağı dartıb nisbətən yerini dəyişmişəm ki, ürəyimi sıxmasın. Radar da məni həmin an görüb. Texnikanın da dövlətimizə fayda vermək bacarığını alqışlayıram. Amma yaxşı olardı ki, vidogörünülərə də baxardım. Amma nədənsə vidogörüntü yerləşdilməyib…”.
Sitatın sonu.