Əsas məzmuna keç

TANINMIŞ RİYAZİYYATÇI ALİM ƏKBƏR ƏLİYEV DÜNYASINI DƏYİŞİB

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, AMEA Riyaziyyat ve Mexanika Institutunun “Diferensial tənliklər” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdən sonra aprelin 21-də vəfat etmişdir. Bu barədə “Təzadlar”a alimin oğlu Aqil Əliyev məlumat verdi. Alim uzun müddət imiş ki, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Mərhum alimlə vida mərasimi bu gün saat 14:00-dək Məhəmməd Hadi küç., 63a ünvanında keçiriləcək. Vida mərasimindən sonra mərhum Dədə Qorqud qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…