5 Yanvar 2026 / 15:59

TARİXİN ÖRNƏYİ: Cəmil Ləmbəranskinin mülkü reyestrə daxil ediləcək!

Təəssüf ki, hələlik Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Cəmil Ləmbəranskinin Bərdənin Ləmbəran kəndindəki mülkü tarixi abidələrin reyestrinə daxil deyil. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb. Bidirilib ki, həmin tikli tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq reyestrə daxil edilməsi üçün yeni aşkarlanmış abidə qismində qeydə alınıb. “Bu məsələyə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının növbəti iclaslarında baxılması üçün təqdim olunacaq”.

Xatırlatma: sosial şəbəkədə Azərbaycan Xalq Cumhuriyyəti parlamentinin üzvü Cəmil Ləmbəranskinin Bərdənin Lənbəran kəndindəki mülkünün baxımsız və dağılmaq üzrə olması barədə fotolar paylaşılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!