Əsas məzmuna keç

Tbilisidə Azərbaycan rəssamları ilə görüş keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyində Tbilisidə keçirilən “Sənət Birləşdirir” adlı beynəlxalq sərgidə iştirak edən Azərbaycan Rəssamlar İttifaqının üzvləri ilə görüş təşkil edilib.

Tezadlar.az xəbər verir ki, görüşdə Azərbaycan rəssamlarının Tbilisidə keçirilən beynəlxalq sərgidə iştirakı, iki ölkə arasında mədəni əlaqələrin inkişafında incəsənətin rolu və gələcək yaradıcılıq əməkdaşlığı imkanları müzakirə olunub.

Qeyd edək ki, “Art Unites the World – Colors That Know No Boundaries” (“İncəsənət dünyanı birləşdirir – sərhəd tanımayan rənglər”) adlı beynəlxalq sərgi avqustun 17-də Tbilisi Tarix Muzeyində açılmışdı.

Sərgidə Azərbaycan, Gürcüstan və İrandan olan 70-dən çox rəssamın əsərləri nümayiş etdirilib. Azərbaycan sərgidə 30 rəssamın əsərləri ilə təmsil olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…