Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2026 / 19:27

“Müharibə dövründə Azərbaycan İranın yanında olub”

“Azərbaycanla İran çətin günlərdə də daim bir-birinin yanında olub”.

Tezadlar.az xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib. Məhəmməd Baqir Qalibaf bunu ölkələrimizin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirib. Qonaq bu müharibənin, eyni zamanda, İrana müsəlman ölkələri ilə təmasların nə dərəcədə vacib olduğunu göstərdiyini bildirib. Məhəmməd Baqir Qalibaf qeyd edib ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda, dost ölkə kimi Azərbaycan İranın yanında olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!