Əsas məzmuna keç

Tehranda partlayışlar baş verib

ABŞ-İsrail hücumlarının hədəfi olan İranın paytaxtı Tehranın şimalında, cənubunda və qərbində bir sıra şiddətli partlayışlar baş verib.

Tezadlar.az xəbər verir ki, partlayışlar insanların şəhərin sıx məskunlaşmış ərazilərində baş verib.

Partlayışlardan sonra tüstü qalxıb.

İran rəsmiləri hələlik partlayışlar haqqında ətraflı məlumat paylaşmasa da, yerli media hücumların Mehrabad Hava Limanı ətrafındakı ərazini, 21-ci rayonun Haşimi küçəsini, Reydəki Fədaiyan-i İslam küçəsini və Hakimiyyə rayonunu hədəf aldığını bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…