Bakı Ali Neft Məktəbi “Teknofest 2025”-də uğurlarına görə ən güclü Ali Məktəb oldu.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“2025-ci ildə Şimali Kipr Türk Respublikası və Türkiyədə keçirilən “Teknofest” Aerokosmik və Texnologiya Festivallarının ümumi nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin (BANM) komandaları ümumilikdə 1 qızıl, 1 gümüş, 2 bürünc medal və 4 xüsusi mükafat (o cümlədən 1 fərdi) əldə ediblər.
Bu göstərici ilə BANM Azərbaycan ali təhsil müəssisələri arasında ən çox mükafat qazanan ali məktəb olub.
Komandalarımızı və onların elmi rəhbərlərini ürəkdən təbrik edirəm”,- deyə qeyd edib.
JASMİN

