“Bilim Bakı” Mərkəzinin direktoru, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Bakı Ali Neft Məktəbində olub.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rekroru Elmar Qasımov sosial media hesabında məlmat verib.
” “Bilim Bakı” Mərkəzinin direktoru, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse ilə Bakı Ali Neft Məktəbində (BANM) görüşdük. Festival və gələcək əməkdaşlıq perspektivləri barədə geniş müzakirələr apardıq. Həmçinin BANM-ın “TEKNOFEST”dəki qələbələri və uğurları barədə danışılıb.
Ahmet Kösenin təqdimatında “TEKNOFEST 2025″ haqqında infosessiya keçirilib. Tədbirdə festivalın müraciət prosesi, mövcud yarışlar və digər vacib məqamlar barədə ətraflı məlumat verilib, həmçinin tələbələrin sualları cavablandırılıb”, – deyə rektor qeyd edib.
JASMİN