16 Dekabr 2025 / 12:10

“Telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki, nəsə olub, hətta təkzib versəm də…”- NURA

Müğənni Nura Suri bu dəfəki paylaşımı ilə də diqqət çəkib.

Tezadlar.az  xəbər verir ki,  Nura Suri sosial şəbəkə hesabında hədə-qorxuya, hətta şantaja məruz qala biləcəyi barədə xəbərdarlıq edib.

“İnsanlar var ki, bu həyatda hər şeyi hədə-qorxu və şantajla etdirə bilirlər və edirlər. Mənə hədə-qorxu gəlməyin – onsuz da bu həyat mənasızdır, ölümdən də qorxmuram. Ört-basdır etsəniz də, bəzi məsələləri hamı anlayır. Şəxsən mən bu gün baş verən hadisəyə də, verilən təkzibə də inanmadım. Yaxın günlərdə telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki, nəsə olub – hətta sonradan təkzib versəm belə”, – deyə sənətçi bildirib.

Qeyd edək ki, ötən gün manset.az  tanınmış şair Vüqar Əhmədin səhər saatlarında işə gedərkən saxlanıldığı barədə məlumat yayıb.

Məlumata görə, onun telefonlarına bütün günü  zəng çatmyıb.

Xəbəri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova da təsdiq edib və bildirib ki, Vüqar Əhməd səhər saatlarında işə gələrkən saxlanılıb: Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq”. Lakin sonradan şair özü video yayaraq deyilənləri təkzib edib. Xəbəri yayan saytın bunu bilərəkdən etdiyini, sayt rəhbərinin onunla ədavəti olduğunu, xəbəri təsdiqləyən Aygün xanımdan isə bunu gözləmədiyini bildirib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!