Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Udmurtiyada təqaüdçü 45 yaşlı şərikini balta ilə vuraraq öldürüb, bundan sonra qətli polisə bildirib. 72 yaşlı kişinin sərxoş vəziyyətdə olduğu bildirilir.
Tezadlar.az xəbər verir ki, bu barədə REN TV mənbəyi məlumat yayıb.
Qətl mayın 19-da qadının 3 ilə yaxın sevgilisi ilə yaşadığı Karsovai kəndinin Sovetskaya küçəsindəki evdə baş verib.
“Sevgilisinin boynuna balta ilə vuran təqaüdçünün ayağından güllə yarası da aşkarlanıb”, – deyə mənbə bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə şəraitini və dəqiq səbəblərini araşdırır; əvvəllər məhkum olunmamış pensiyaçıya qarşı qətl (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi) cinayət işi açılılıb; kişi saxlanılıb.
E.ŞİRİNOV