Əsas məzmuna keç

Təriflənən ABŞ təhlükəsizlik çətirinin özündə dəliklər var – Əraqçi

Amerika təhlükəsizlik çətiri qorunmaq əvəzinə, problem yaradır.

Tezadlar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial mediada yazıb.

O, Ağ Evin Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digər ölkələri münaqişə zonasına hərbi gəmilər göndərmək çağırışına cavab olaraq bildirib.

Diplomatın sözlərinə görə, Vaşinqton indi Pekin də daxil olmaqla, başqalarından Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün “yalvarır”.

“Təriflənən ABŞ təhlükəsizlik çətirinin özündə dəliklər var… İran qardaş qonşularını, xüsusən də yalnız İsraillə maraqlanan xarici təcavüzkarları qovmağa çağırır”, – nazir bildirib.

Fevral ayında ABŞ dövlət katibinin silahlara nəzarət və yayılmaması üzrə köməkçisi Kristofer Yo müttəfiqlərinə nüvə çətiri verilməsini Vaşinqtonun qlobal yayılmama rejiminə mühüm töhfəsi adlandırıb. Eyni zamanda, mediada Avropanın Rusiyanın nüvə potensialını ciddi şəkildə yenidən nəzərdən keçirdiyi və ABŞ ilə münasibətlərin pisləşməsi fonunda öz nüvə çətirini yaratmağa çalışdığı barədə məlumatlar yayılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…