Əsas məzmuna keç

Ticarət gəmisinə dron hücumu edildi-SON DƏQİQƏ

Ötən gecə saatlarında Hörmüz boğazında ticarət gəmisinə hücum olub. Tezadlar.az Haber- Türk- ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb. Sitat: “UKMTO Hörmüz boğazında baş verən hadisə barədə məlumat alıb. Təsdiqlənmiş mənbə ticarət gəmisinin naməlum mərmi ilə vurulduğunu bildirib”. Hələki hücuma məruz qalan gəminin adı və ya hücuma məruz qaldığı yerin dəqiq koordinatları da daxil olmaqla, hadisə ilə bağlı əlavə məlumat verilməyib. Bu dəqiqələrdə isə ehtimallara görə heyət xilas olunub, lakin gəminin batması barədə rəsmi məlumat açıqlanmır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…