Əsas məzmuna keç

Timoti Pembele yenidən “Havr”da

Fransanın “Havr” komandası İngiltərə Premyer Liqasından futbolçu transfer edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi məlumat yayıb.

Komanda “Sanderlend”in müdafiəçisi Timoti Pembeleni cari mövsümün sonuna kimi icarə əsasında heyətinə qatıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu artıq bir dəfə “Havr”ın heyətində çıxış edib. O, 2024/2025 mövsümündə Fransada icarə əsasında oynayıb, 21 matçda 1 qol vurub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…