7 Yanvar 2022 / 10:27

TOKAYEV “AZAD MEDİA”NI GÜNAHLANDIRDI

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev  “azad kiv”ləri və “xarici xadimləri” respublikada qanunun və asayişin pozulmasına

yardım və təhrik etməkdə ittiham edib. 

“Asayişin pozulmasında dəstəkləyici və faktiki olaraq təhrikedici rolu,  çoxmillətli xalqımızın köklü  maraqlarından uzaq olan  “azad” adlandırılan “media” və “xarici” xadimlər” oynayır”, – deyə Tokayev bildirib.

Tokayevin sözlərinə görə,  “mübaliğəsiz demək olar ki, bütün  bu məsuliyyətsiz demaqoqlar  Qazaxıstanda faciənin açılmasında şərik oldular”.

“Biz bütün hüquqi vandalizm aktlarına sərt reaksiya verəcəyik”, – deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Prezident Tokayevin çıxışını “Xabar 24” yayımlayıb.

TƏQDİM ETDİ: JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!