31 Mart 2026 / 08:42

Tramp 1987-ci ildə İranla bağlı verdiyi müsahibəni paylaşıb

ABŞ prezidenti Donald Tramp 1987-ci ildə Vaşinqtonu İranın neft obyektlərini ələ keçirməyə çağırdığı müsahibəsini paylaşıb.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, arxivləşdirilmiş videoda Tramp müsahibinə açıq şəkildə deyir ki, ABŞ sahil kənarında yerləşən İslam Respublikasının bir neçə neft yatağını ələ keçirməlidir.

O hesab edir ki, ABŞ-a qarşı hücumlara cavab olaraq Pentaqon təkcə Xarq adasına qoşun yeritməməli, həm də onları orada saxlamalı və bölgəni daimi nəzarətə götürməlidir.

Tramp həmçinin qeyd edib ki, ABŞ ordusu neft obyektlərini ələ keçirərsə, SSRİ müdaxilə etməyəcək.

Daha əvvəl Tramp ABŞ-ın Venesuela ssenarisinə bənzər şəkildə “İranda nefti ələ keçirmək” istədiyini bildirmişdi. O əlavə edib ki, ölkədəki bəzi “axmaq insanlar” onun hərəkətlərinə qarşı çıxır və əməliyyatın dayandırılmasını tələb edirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!