ABŞ Prezidenti Donald Tramp ölkənin faiz dərəcəsinin 1%-ə və ya daha aşağıya endirilməli olduğunu bildirib.
Tezadlar.az xəbər verir ki, o, Truth Social-da yazıb: “ABŞ-da faiz dərəcələri 1% və ya daha aşağı olmalıdır”.
Trampın sözlərinə görə, ABŞ dünyada “ən yaxşı” kredit mövqeyinə malikdir və Amerika iqtisadiyyatına yeni investisiyalar axır. O, faiz dərəcələrinin mümkün qədər tez endirilməsinə çağırıb.
Daha əvvəl ABŞ Federal Ehtiyat Sistemi (FEB) 2023-cü ilin iyul ayından bəri ilk dəfə faiz dərəcəsini 25 baza bəndi artıraraq 3,75-4%-ə çatdırmışdı.
ELBAR






