Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ İranla danışıqlar zamanı ölkədən nüvə materiallarının çıxarılmasını müzakirə edir.
Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu “Fox News”-a verdiyi müsahibədə bildirib.
“Nüvə tozu adlandırdığım şeyi aradan qaldırmalıyıq, bilirsinizmi? Amma biz həmin nüvə tozunu aradan qaldırmalıyıq. Biz bunu edəcəyik və bu, İranla danışıqlarımızın bir hissəsidir. Biz istəmirik ki, onlarda bunlardan heç biri olsun”, – deyə Amerika lideri bildirib.
ABŞ prezidenti nüvə tozu dedikdə, onun sözlərinə görə, nüvə yanacağının və digər materialların qalıqlarını nəzərdə tutduğunu aydınlaşdırıb və onların əksəriyyəti ötən ilin iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələr zamanı məhv edilib.
Daha əvvəl Tramp ABŞ-İran silahlı münaqişəsinin “çox tezliklə” başa çatacağını bildirmişdi. O, həmçinin bu müharibədə “böyük qələbə” qazanacağına söz vermişdi.
E.ŞİRİNOV