Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatını ölkədən çıxardıqdan sonra məhv edəcək.
Tezadlar.az xəbər verir ki, “RİA Novosti”-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu barədə açıqlama verib.
Ağ Ev rəhbəri bildirib ki, “Biz tələsmirik, amma onu (İran uranını — RED.) əldə edəcəyik və əldə etdikdə məhv edəcəyik. Biz onu özümüz üçün götürməyəcəyik; biz onu məhv etmək istəyirik”.
İyunun 15-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşma elan ediblər. Saziş layihəsinə həmçinin dəniz blokadasının qaldırılması, neft güzəştləri, İran aktivlərinin azad edilməsi və nüvə proqramı üzrə əlavə danışıqlar daxildir.
İranın xarici işlər naziri Abbas Əraqçi xarici diplomatik nümayəndəliklərin nümayəndələri ilə görüşdə İran və ABŞ-ın bu həftə nüvə məsələləri və sanksiyalar üzrə danışıqlara başlaya biləcəyini bildirib.
E.ŞİRİNOV