Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Avropadakı NATO müttəfiqini Hörmüz boğazının açılması üçün hərbi əməliyyatda iştirak etməkdən imtina etdiyinə görə “kağız pələng” adlandırıb. O, neft qiymətlərinin artması qarşısında avropalıların bu cür passivliyindən təəccübləndiyini qeyd edib.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı özünün Truth Social səhifəsində yazıb: “Onlar nüvə İranını dayandırmaq üçün döyüşə qoşulmaq istəmirlər. İndi bu döyüş hərbi yolla, onlar üçün çox az təhlükə ilə qazanıldığı üçün onlar yüksək neft qiymətlərindən şikayətlənirlər, lakin Hörmüz boğazının açılmasına kömək etməkdən imtina edirlər”.
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Berlin Donald Trampın Hörmüz boğazına hərbi gəmilər göndərmək çağırışını rədd edib. Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və eyni zamanda Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bunu qısa şəkildə ifadə edib.
Qərb mediası məlumatlı mənbələrə istinadən xəbər verir ki, Fransa, İtaliya və digər Avropa ölkələri gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etmək üçün İranla danışıqlara başlayıblar. Eyni zamanda, G7 liderləri Donald Trampı İranla müharibəni tez bir zamanda dayandırmağa və Hörmüz boğazını təhlükəsiz saxlamağa çağırıblar.
E.ŞİRİNOV