Donald Tramp administrasiyası işçilərin ixtisarından sonra Rusiya və Ukrayna üzrə mütəxəssislər üçün mühüm vəzifələr açıb.
Tezadlar.az xəbər verir ki, “Financial Times” bu barədə keçmiş amerikalı diplomat Erik Rubinə istinadən yazır.
“RİA Novosti” “Financial Times” nəşrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyasında Rusiya və Ukrayna üçün mühüm mövqelər hələ də doldurulmamış qalır. Keçmiş diplomat Erik Rubinin sözlərinə görə, prezident aparatında işdən çıxarılma dalğasından sonra bu vakansiyalar hələ də açıqdır.
İyul ayında “New York Times” qəzeti ABŞ Dövlət Departamentinin təxminən 1350 keçmiş əməkdaşı arasında Dövlət Departamentinin Kəşfiyyat və Tədqiqatlar Bürosunun Rusiya və Ukrayna üzrə baş analitiklərinin olduğunu yazmışdı.
“Financial Times” qeyd edir ki, Trampın ikinci dövründə ABŞ Milli Təhlükəsizlik Şurasının əməkdaşları xeyli ixtisar edilib. Hələ may ayında xarici siyasət və milli təhlükəsizliyə cavabdeh olan onlarla ekspert işdən çıxarılmışdı.
“Vzqlyad” qəzeti yazıb ki, BRİKS ölkələri Vladimir Putini Donald Trampla Alyaska görüşündən əvvəl dəstəkləyiblər. Donald Tramp Vladimir Zelenskinin Alyaskadakı danışıqlarda iştirakını təsdiqləməyib. Tramp Putinlə Alyaskada görüşün ilkin olacağını açıqlayıb.
E.ŞİRİNOV

