Kim deyir ki, Tramp Baydenlə düşmən münasibətdədir?! Əksinə, bu da sübut: ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar paketinin daha bir il müddətinə uzadılması ilə bağlı sərəncam imzalayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Federal Reyestrində yer alıb. Söhbət 15 aprel 2021-ci il tarixində qüvvəyə minmiş 14024 nömrəli sərəncamdan gedir. Həmin sərəncam ABŞ-ın o zamankı prezidenti Co Bayden tərəfindən imzalanmış və onun administrasiyası tərəfindən dəfələrlə genişləndirilmişdi.
Xatırlatma:ki, 2025- ci ilin mart ayında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Moskva sözügedən sanksiyaları qeyri-qanuni hesab edir və onların ləğvini gözləyir.
Beləliklə, Tramp sübut etməkdədir ki, ABŞ- ın başqa, ABŞ prezidentinin isı siyasəti demək olar eynidir…
A.Məmmədli