Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp və Braziliya prezidenti Lula da Silva bütün səylərə baxmayaraq, etibarlı münasibətlər qura bilməyiblər.
Tezadlar.az bildirir ki, “CNN Brasil” iki lider arasındakı mübahisə barədə məlumat verib.
İddia olunur ki, Braziliya lideri Avropaya səfəri zamanı Tramp administrasiyasını daim tənqid edib. Xüsusilə, o, İrana qarşı təcavüzün və Kubanın iqtisadi blokadasının qəbuledilməz olduğunu bildirib.
Ekspertlər hesab edirlər ki, Lula da Silva Trampa qarşı mənfi ritorikanı qəsdən gücləndirə bilər, çünki bu, ona qarşıdan gələn Braziliya prezident seçkilərində əlavə səslər gətirə bilər.
Daha əvvəl Lula da Silva Trampa Nobel Sülh Mükafatının verilməsi barədə zarafat edib.
“Bilmirəm ki, o, artıq səkkiz müharibəyə son qoyub və hələ də Nobel Sülh Mükafatını almayıb. Artıq müharibələr olmaması üçün Nobel Sülh Mükafatını prezident Trampa mümkün qədər tez vermək vacibdir”, – deyə o bildirib.
E.ŞİRİNOV