Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyun 2026 / 19:55

Tramp: Çox güman ki, qarşıdan gələn seçkilərdə Netanyahunu dəstəkləyəcəyəm

ABŞ prezidenti Donald Tramp qarşıdan gələn İsrail seçkilərində hazırkı Baş nazir Binyamin Netanyahunu “çox güman ki” dəstəkləyəcəyini söyləyib.

Tezadlar.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-a danışan Tramp qarşıdan gələn İsrail seçkiləri ilə bağlı açıqlamalar verib.

Netanyahu ilə yaxşı münasibətlərinin olduğunu bildirən Tramp deyib: “Amma o, daha rasional davranmalıdır. Mən onunla danışmağa hazıram”.

ABŞ prezidenti əlavə edib: “Seçkilərdə Netanyahunu çox güman ki, dəstəkləyəcəyəm, amma namizədlərin kim olacağını görməliyik”.

Bildirilmişdi ki, Trampın Netanyahu ilə son telefon danışıqları əvvəlki kimi dostcasına olmayıb və Tramp Netanyahunu danlayıb.

Bundan əlavə, ABŞ prezidenti G7 Liderlər Zirvəsində kameralar qarşısında Netanyahunu tez-tez tənqid edib, xüsusən də İsrailin Livandakı dağıntıları və hücumları ilə bağlı.

ABŞ və İran arasında əldə edilən razılaşma, xüsusən də Livanın daxil edilməsi İsraildə əks-səda ilə qarşılanıb və Baş nazir Netanyahu sərt tənqidlərlə üzləşib.

İsrail mediası ABŞ-ın İsraili tərk etdiyini şərh edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!